EN

NATO qoşunları Ukraynaya nə zaman yeridiləcək? - Qonçarenko AÇIQLADI

“İstÉ™klilÉ™r koalisiyası” öz hÉ™rbi kontingentini Ukraynaya münaqiÅŸÉ™ baÅŸa çatdıqdan sonra deyil, artıq indi yerləşdirmÉ™yi planlaÅŸdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz "Telegram" kanalında məlumat verib.

“Koalisiyanın hÉ™rbi kontingenti artıq Ukraynada yerləşdirilÉ™ bilÉ™r . Hazırda Ukraynada minÉ™ yaxın xarici hÉ™rbçi var”, - deyÉ™ paylaşımda bildirilir.

Onun sözlərinə görə, qoşunların tərkibində ən azı 20 min nəfər olmalıdır.

"NATO ölkələrindən olan hərbçilərin maksimum sayı 50 min nəfərə çata bilər", - o əlavə edib.

Qonçarenko vurğulayıb ki, ən çox hərbçi göndərməyi planlaşdıran ölkə Fransadır, ikinci yerdə Danimarka, üçüncü yerdə Niderland, dördüncü yerdə isə Böyük Britaniya qərarlaşıb.

5 sentyabrda Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu nun plenar iclasında bildirib ki, Kreml Ukrayna ərazisindəki istənilən xarici hərbi kontingenti qanuni hədəf kimi qəbul edəcək.

Bundan sonra İtaliyanın "L'Antidiplomatico" qəzeti yazıb ki, Rusiya liderinin bu bəyanatı NATO ölkələrinin Ukraynaya hərbi qüvvə yerləşdirmə planlarını pozub.

Chosen
18
4
olke.az

10Sources