Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Tovuzrayonunun Qovlar şəhərində yol qəzası barədə məlumat daxilolub.
Trend xəbər verirki, FHN-in açıqlamasına əsasən, “Nissan Note” markalı minikavtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü – 1994-cü il təvəllüdlü İbrahimova ƏfsanəMəhəmməd qızı avtomobildə sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-in Tovuz rayon Yanğından MühafizəHissəsinin xilasediciləri xüsusi alətlərin köməyi ilə sürücünüçıxararaq təcili tibbi yardıma təhvil veriblər. Onun müxtəlifdərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.