AZ

Tovuzda minik avtomobili ağaca çırpılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuzrayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat qəzasının başverməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədəməlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar hadisəyerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuzrayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləricəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Nissan Note” markalı minik avtomobilinin yoldan çıxaraqağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib vəsürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdəqalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəlibədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalansürücü, 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızınıxilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.

Seçilən
8
19
az.trend.az

10Mənbələr