Ajans.az xəbər verir ki, Kadırov bu barədə “RIA Novosti”yə açıqlama verib. “Ümumiyyətlə, mən indiki şəraitdə döyüşlərin dayandırılmasının tərəfdarı deyiləm,” – deyə o etiraf edib. Kadırov bildirib ki, hərbi əməliyyatın məqsəd və vəzifələri havadan götürülməyib: “Onların arasında Rusiyanın təhlükəsizliyinin təmin edilməsi də var. Sərhədlərimizdə sülh yalnız Ukrayna Rusiyanın regionu və ya dairəsi olanda mümkün ola bilər.”