Bu gün futbol üzrə Azərbaycan 2-ci Liqasının ilk turu yekunlaşacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə 3 matç keçiriləcək.
"Kür-Araz" "Ağdaş"ı, "Dinamo" "Xankəndi"ni, "Ağstafa Gəncləri" isə "Şəki Siti"ni qəbul edəcək. Bütün matçlar eyni vaxtda - 16:30-da başlayacaq.
Turun dünən reallaşan matçlarının nəticələri belə olub:
"Göygöl" - "Araz-Saatlı" 1:1
"Şirvan" - "Şəmkir" 1:2
"Quba" - "Qaradağ Lökbatan" 2:0