EN

Alonso etiraz etdi

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Formula-1” üzrə dünya çempionatının ikiqat qalibi, "Aston Martin"in pilotu Fernando Alonso dünya çempionatında yarışların məsafəsinin mümkün azaldılmasından danışıb:

"Qısa yarışlar? Bilmirəm, bu baş verəndə mən artıq televizora baxacağam. Zarafat bir yana, Domenikali ilə biz etibarlı əllərdəyik. Amma məncə, “Qran-pri”ni qısaltmağa ehtiyac yoxdu. Futbol matçları yetərincə uzundu. Ancaq heç kim matçları 60 dəqiqəyədək azaltmaq və ya buna bənzər bir şey etməkdən danışmır. Bu, cəmiyyət və uşaqlar üçün problemdi, amma idman üçün yox. Ona görə də buna ehtiyac olduğunu düşünmürəm”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
3
icma.az

4Sources