EN

“Fənərbağça” prezidenti onun komandadan ayrılmasına icazə vermədi

“Fənərbağça”nın prezidenti Ali Koç müdafiəçi Aleksander Cikunun transferinə dair qərarını dəyişib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Aydın Cengiz "Sports Digitale"yə açıqlamasında bildirib. 

“Ciku getməyə hazırlaşırdı. Amma Ali Koça bunun səhv olacağı deyildi. Klub futbolçunu Avropa Liqasının iştirak ərizəsinə salmadı. Bildiyim qədərilə, onun transferinin baş tutmaması məhz Ali Koçun son anda bu keçiddən imtina etməsi ilə bağlıdır. Ola bilsin, əvvəlcə Mourinyo oyunçunun gedişinə razılıq verib, amma indi o komandanın başında deyil.

Məlumatıma görə, Ali Koç son dəqiqədə satışdan vaz keçdi. Əks halda Jiku gedəcəkdi, lakin son anda qərar dəyişdirildi və futbolçu komandada qalır”

Xatırladaq ki, daha əvvəl “Spartak”ın 31 yaşlı müdafiəçi üçün “Fənərbağça”ya 2 milyon avro ödəyəcəyi, Ciku ilə isə 2027-ci ilə qədər müqavilə imzalayacağı haqda məlumat yayılmışdı.

Chosen
54
1
90deqiqe.az

2Sources