BAKI, 7 sentyabr. TELEQRAF
İdman karatesi (WKF) üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən Karate-1 A Seriya beynəlxalq turnirində uğurla çıxış edib.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli karateçi yarışın finalına qədər irəliləyərək gümüş medala sahib olub.
Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir. Hüseyn Məmmədlinin qazandığı medal Azərbaycan karateçilərinin beynəlxalq arenadakı uğurlarının davamıdır.