AZ

Azərbaycan karateçisi Avstriyada gümüş medal əldə edib

Azərbaycan karateçisi Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində uğurlu çıxış edib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, yarışın finalınadək irəliləyərək gümüş medal əldə edib.

Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.

Seçilən
38
16
90deqiqe.az

10Mənbələr