EN

Dünyada ağcaqanadların olmadığı TƏK ÖLKƏ

İslandiya ağcaqanadların olmadığı nadir ölkələrdən biri olaraq qalır.

Publika.az xəbər verir ki, alimlər bunu sərt və qeyri-sabit iqlimlə izah edirlər - burada qışda su hövzələri davamlı donmur və ərimə dövrləri yumurta və sürfələrin məhvinə səbəb olur.

Qonşu Norveç, Şotlandiya və Qrenlandiyada müxtəlif növ ağcaqanadlar olsa da, İslandiyada heç biri yoxdur. Səbəb ada şəraiti və ya su hövzələrinin azlığı deyil - əksinə, kifayət qədər göl və bataqlıq var. Əsas səbəb – iqlimdir.

Geotermal sular da yararsızdır: onların çox isti və kimyəvi tərkibi sürfələrin inkişafına uyğun deyil.

Lakin bu unikal vəziyyət qlobal istiləşmə fonunda dəyişə bilər. Daha isti və sabit fəsillər ağcaqanadların İslandiyada daimi populyasiya formalaşdırmasına şərait yarada bilər - bu, Havay adalarında da baş vermişdi.

Chosen
47
5
publika.az

10Sources