EN

Lukaku ən tez dekabrda yaşıl meydanlara dönə biləcək

“Napoli”nin hücumçusu Romelu Lukaku zədəsini bərpa edib komandaya qayıtmaq üçün ən azı dekabra qədər gözləməli olacaq.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən yaydığı məlumata görə, əvvəlcə belçikalı forvardın noyabrda oynamağa hazır olacağı güman edilirdi. Lakin futbolçu əməliyyatdan imtina edərək reabilitasiya müddətini qısaltmaq üçün konservativ müalicə yolunu seçib. Son tibbi müayinədən sonra Lukakuya xəbərdarlıq olunub ki, tam hazır şəkildə meydana yalnız qışda çıxa biləcək.

Bildirilir ki, müəyyən edilən müddət ilkin bərpa planına uyğun gəlir və əlavə fəsad kimi qiymətləndirilmir.

Qeyd edək ki, Lukakunun “Napoli” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Onun transfer dəyəri hazırda 22 milyon avro olaraq qiymətləndirilir.

Chosen
66
90deqiqe.az

1Sources