EN

İsveçdə qatar relsdən çıxıb

Bakı. Trend:

İsveçin şimalında, Vasternorrland bölgəsində güclü yağışlarınsəbəb olduğu torpaq sürüşməsi nəticəsində sursat və litiumbatareyaları daşıyan qatar relsdən çıxıb.

Trend xəbər verirki, bu barədə SVT televiziyası məlumat yayıb.

Örnşöldsvik yaxınlığında bir neçə vaqon relsdən çıxaraq yolkənarında qalıb. İsveç Nəqliyyat Administrasiyası bildirib ki,dəmir yolunun bərpası həftələrlə vaxt aparacaq.

Qurumun sözçüsü Peter Yonsson vurğulayıb ki, qatarın bəzivaqonlarında döyüş sursatı və litium batareyaları olub. Hazırdahadisə yerində təhlükəsizlik tədbirləri görülür.

Chosen
70
az.trend.az

1Sources