EN

Qızılın qiyməti tarixi rekorda imza atdı

Dünya birjalarında qızılın qiyməti troy unsiyası üçün 3500 dollar olan psixoloji əhəmiyyətli həddi keçərək yeni tarixi rekorda imza atıb.

Publika.az xəbər verir ki, eyni zamanda, gümüş 14 ildə ilk dəfə bir unsiya üçün 40 dollara çatıb.

Ötən həftə qızılın unsiyası 3576 dollara çatıb. İlin əvvəlindən qiymətli metal 35%-dən çox bahalaşıb və digər əmtəələri xeyli geridə qoyub. Artımın əsas səbəbi əmək bazarı ilə bağlı zəif məlumatların açıqlanmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini endirəcəyi gözləntiləri olub.

"Goldman Sachs" analitikləri inanırlar ki, investorlar ABŞ Xəzinədarlıqlarından öz səhmlərinin ən azı 1%-ni qiymətli metallara köçürsələr, qızılın unsiyası 5000 dollara çata bilər.

"Bu ssenari inflyasiyanın yüksəlməsinə, səhmlərin qiymətlərinin aşağı düşməsinə və dolların ehtiyat valyuta statusunun aşınmasına gətirib çıxaracaq", - bank öz proqnozunda bildirib.

Chosen
129
3
publika.az

5Sources