AZ

Qızılın qiyməti 3500 ABŞ dollarını ötdü

BAKI, 8 sentyabr. TELEQRAF

Dünya birjalarında qızılın bir unsiyasının qiyməti 3500 ABŞ dolları həddini keçib.

Teleqraf xəbər verir ki, bununla qiymətli metalin qiyməti yeni tarixi rekord müəyyən edib.

Ötən həftənin məlumatlarına görə, qızılın dəyəri unsiya üçün 3576 ABŞ dollarına çatıb. İlin əvvəlindən indiyədək qiymətli metal 35%-dən çox bahalaşaraq digər xammal məhsullarını əhəmiyyətli dərəcədə üstələyib. Artıma əmək bazarı üzrə zəif göstəricilərin yayılmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaldacağı ilə bağlı gözləntilər səbəb olub.

“Goldman Sachs” analitikləri hesab edirlər ki, əgər investorlar ABŞ-nin xəzinə istiqrazlarından vəsaitlərin ən azı 1%-ni qiymətli metallara köçürsələr, qızılın bir unsiya üçün qiymət 5000 ABŞ dollarına çata bilər.

"Bu ssenari daha yüksək inflyasiyaya, səhm qiymətlərinin azalmasına və dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb olacaq", - bankın proqnozunda qeyd olunur.

Seçilən
154
3
teleqraf.com

5Mənbələr