EN

Misir İsraili atəşkəsi qəbul etməyə çağırıb

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misir Qəzza zolağındakı humanitar böhranı nəzərə alaraq, İsraili atəşkəs təklifini qəbul etməyə çağırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdüləti fələstinlilərin didərgin salınması və aclıqdan ölməsi kimi “soyqırım” planlarına qarşı olduqlarını vurğulayıb.

Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, xarici işlər naziri Bədr Əbdüləti Qahirədə Fəth Hərəkatı Mərkəzi Komitəsinin baş katibi Cibril ər-Rucub ilə görüşüb.

Görüşdə Fələstin Dövlətinin tanınması üçün beynəlxalq dəstəyin toplanması və BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda keçirilməsi gözlənilən “iki dövlətli həll” mövzusunda beynəlxalq konfransda qəbul ediləcək potensial qərarlar müzakirə edilib.

Abdulati İsrailin Qəzzaya hücumlarını, fələstinliləri öz torpaqlarından didərgin salmaq planlarını, soyqırımını, aclığın Fələstin xalqına qarşı silah kimi istifadəsini birmənalı şəkildə rədd etdiklərini bildirib.

O bəyan edib ki, İsrail Misir və Qətər tərəfindən təqdim olunan və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun təklifinə əsaslanan atəşkəs təklifini qəbul etməlidir.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
135
525.az

1Sources