BAKI, 8 sentyabr. TELEQRAF
Bir sıra Avropa ölkələrinin liderləri Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün bazar ertəsi və çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcəklər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Aramızda son dərəcə maraqlı müzakirələr gedir. Bəzi Avropa liderləri bazar ertəsi və çərşənbə axşamı ayrı-ayrılıqda ölkəmizə gələcəklər”, - o deyib.