Bir sıra Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin həlli yollarını müzakirə etmək üçün bazar ertəsi və ya çərşənbə axşamı ABŞ-a səfər edəcəklər.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Tramp kimi nəzərdə tutduğu açıqlamayıb. Dövlət başçısı Rusiya-Ukrayna müharibəsinin hazırki vəziyyətindən məmnun olmadığını bildirib, lakin müharibənin tezliklə həll olunacağına əminliyini ifadə edib. Tramp həmçinin, tezliklə Rusiya Prezidenti Vladimir Putinlə danışacağını da açıqlayıb.