EN

Sulu qatığa son: Ən praktik ev üsulu

Evdə qatıq hazırlayarkən ən çox rast gəlinən problemlərdən biri onun sulanmasıdır.


Pravda.az bildirir ki, bu vəziyyətin qarşısını sadə bir üsulla almaq mümkündür. Mayalanma zamanı südün içinə 6-7 ədəd noxud əlavə etsəniz, qatıq daha bərk və qaymaqlı olar.


Mütəxəssislər bildirir ki, noxudla mayalanma üsulu qatığın daş kimi tutmasına kömək edir. Bunun üçün süd qaynadıldıqdan sonra 40-45 dərəcəyə qədər soyudulur, maya və noxud əlavə edilərək 4-5 saat ərzində isti şəraitdə saxlanılır.


Alternativ üsullar arasında torpaq qabda mayalama və südü bir qədər artıq qaynatmaq da var. Bu metodlar qatığın sulu olmasının qarşısını alır və daha möhkəm nəticə verir.


Əminə Bayramova 

Tarix: 8 Sentyabr 2025, 08:05   
Chosen
73
pravda.az

1Sources