EN

Maduro səfərbərlik əmri verdi: ABŞ-la müharibə başlayır?

Venesuela prezidenti Nikolas Maduro yüksək hazırlıq vəziyyəti və Kolumbiya ilə sərhədə, həmçinin Karib dənizi və Atlantik okeanı sahillərinə 25 min hərbçinin göndərilməsi barədə göstəriş verib.

Publika.az "Reuters"ə istinadən xəbər veri ki, bu barədə Maduro "Telegram" kanalında bildirib.

"Bu səfərbərliyin əsas məqsədi Venesuelanın suverenliyi və təhlükəsizliyinin qorunmasını təmin etməkdir. Mən Kolumbiya ilə sərhəd bölgədə, eləcə də Karib dənizi və Atlantik okeanı sahillərində operativ-taktiki çevik reaksiya qruplarını gücləndirmək üçün igid Bolivar ordumuzun 25 min nümayəndəsinin yerləşdirilməsi barədə göstəriş vermişəm”, - deyə dövlət başçısı vurğulayıb.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp Venesuelanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər fəal olmaması ilə bağlı fikirlərini bildirib. Məlumata görə, 2025-ci il avqustun 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines - "USS Gravely", "USS Jason Dunham" və "USS Sampson" narkotik kartellərinə qarşı əməliyyatlar aparmaq üçün Karib dənizinin cənubuna göndərilib.

Bundan əlavə, "USS Newport News" nüvə sualtı qayığı, idarə olunan raket kreyseri USS Lake Erie, desant gəmisi və 4500 Amerika əsgərindən ibarət kontingent Venesuela sahillərinə yenidən yerləşdirilib.

Chosen
96
publika.az

1Sources