EN

Simonyanda ağır xəstəlik aşkarlanıb

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Russia Today” telekanalının baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyan onda ağır xəstəlik aşkar edildiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Simonyan bu barədə “Rossia 1” telekanalının efirində yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində danışıb.

Onun sözlərinə görə, bu gün ürək nahiyəsindən əməliyyat olunacaq. 

Səhhəti ilə bağlı detalları açıqlamayan M.Simonyan həyat yoldaşı Tiqran Keosayanın artıq 9 aydır komada olduğunu xatırladıb. 

Qeyd edək ki, Keosayan və Simonyan 2022-ci ildən ailəlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
1
qafqazinfo.az

2Sources