EN

Rusiya Ukrayna taxılını oğurlayır

Yazını böyüt
Yazını kiçilt

Rusiya işğal etdiyi Ukrayna torpaqlarında yaşayan əhalinin ərzaq təhlükəsizliyinə məhəl qoymadığınadair yeni dəlillər üzə çıxıb. Ukrayna Milli Müqavimət Mərkəzi bəyan edib ki, işğal olunmuş ərazilərdə yığılan yüksək keyfiyyətli taxıl Rusiya tərəfindən xaricə satılır və əvəzində yerli çörəkbişirmə müəssisələrini çörək istehsalında keyfiyyətsiz sayılan yem taxılından istifadəyə məcbur edir.

Hafta.az-ın yazdığına görə, Ukrayna Milli Müqavimət Mərkəzi bəyan edib ki, “Eus ordusu işğal etdikləri ərazilərdən yüksək keyfiyyətli taxılı Rusiyaya aparır, yerli əhaliyə ancaq yemlik taxıl qalır”.

Rusiyanın sadə sistem qurduğu bildirilən açıqlamada, “Fermerlər bazar dəyərindən çox aşağı qiymətlərlə məhsullarını işğalçı rejimə təslim etmək məcburiyyətindədirlər. Kreml tərəfindən “inzibatçı” təyin olunanlar bu taxılı vasitəçilərin əli ilə bazar qiymətindən baha satır və fərqi öz ciblərinə qoyurlar. Yəni kənd təsərrüfatı yerli əhalinin yox, Rusiyanın mənfəəti üçün istismar olunur. Bütün bunlarla yanaşı, bildirilir ki, builki buğda qıtlığı çörəkbişirmə müəssisələrini keyfiyyətli taxılsız qoyub, insanları çörək istehsalı üçün adətən heyvan yemi kimi istifadə olunan taxıldan istifadəyə məcbur edib”.

Mərkəz bundan əvvəl də məlumat vermişdi ki, Rusiya Ukraynadan oğurladığı buğdanı dünyanın 70 ölkəsinə satıb.

Chosen
48
hafta.az

1Sources