EN

İran “Avropa üçlüyü”nü öz maraqlarını barədə düşünməyə çağırıb

İran Qərb sanksiyalarının ləğvi müqabilində beynəlxalq müfəttişlərin öz nüvə obyektlərinə çıxışını bərpa etməyə və uranın zənginləşdirilməsini məhdudlaşdırmağa hazırdır.

Herbiand.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın “The Guardian” qəzetində dərc olunan məqaləsində bildirib.

Nazir yazır: "İran sanksiyaların aradan qaldırılması müqabilində ciddi nəzarət və uranın zənginləşdirilməsinə məhdudiyyətlər daxil olmaqla real və uzunmüddətli saziş bağlamağa hazırdır. Bu müvəqqəti fürsətdən istifadə etməmək region və onun hüdudlarından kənarda tamamilə yeni miqyasda dağıdıcı nəticələrə səbəb ola bilər".

Əraqçi Avropa ölkələrini öz maraqları barəd. Düşünməyə çağırıb:

"Görünə bilər ki, İngiltərə, Fransa və Almaniya kinsiz davranırlar. Amma həqiqət ondan ibarətdir ki, onlar qəsdən ehtiyatsız bir kurs aparırlar, məntiqə əsaslanaraq, bu, onların başqa məsələlərdə danışıqlar masası arxasında yer almasını təmin edə bilər. Bu, qaçılmaz olaraq onları təqib edəcək ciddi bir səhv hesablamadır".

Əraqçı vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp açıq şəkildə “Avropa üçlüyü”nə – Fransa, Almaniya və Britaniyaya ikinci dərəcəli oyunçular kimi baxır. “Bu, Avropanın gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məsələlərdən, o cümlədən Rusiya-Ukrayna münaqişəsindən kənarda qalmasında aydın görünür”.

Chosen
74
herbiand.az

1Sources