EN

Yulian Röpke: “Rusiya ABŞ-yə ixracı artırıb”

AzVision.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin jurnalisti Yulian Röpke “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

“Ağ Ev administrasiyası Avropanı Rusiya ilə böyük həcmdə ticarət etməkdə haqlı olaraq günahlandırdığı halda, ABŞ-nin Rusiyadan idxalı Trampın prezidentliyinin ilk ilində onun sələfi Co Baydenin hakimiyyyətinin sonuncu ili ilə müqayisədə iki dəfədən çox artacaq. Beləliklə, bu ittihamlar Putinlə üzləşmək istəməmək üçün sadəcə növbəti dəfə bəraət qazanmaq cəhdidir”, – Röpke vurğulayıb.

Təqdim olunan statistik məlumatlara görə, bu ilin yanvar-iyul aylarında ABŞ Rusiyadan 2,85 milyard dollar dəyərində mal idxal edib. Ötən il üçün isə bu göstərici 3 milyard dollar təşkil edib.


Sahil İsgəndərov
AzVision.az
Chosen
5
3
azvision.az

4Sources