AZ

Trampın dövründə Rusiyadan ABŞ-yə ixrac iki dəfə artıb

 

Trampın yeni administrasiyası dövründə ABŞ-nin Rusiyada mal idxalı iki dəfə artıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yanvar-iyul aylarında ABŞ Rusiyadan 2,85 milyard dollar dəyərində məhsul alıb.

ABŞ və Rusiya arasında ticarət əlaqələri Donald Tramp administrasiyasının ilk aylarında kəskin artım nümayiş etdirib. Ölkə statistikası Bayden administrasiyası ilə müqayisədə Rusiyadan idxalın əhəmiyyətli dərəcədə artdığını göstərir.

“Bild” jurnalının əməkdaşı Julian Röpke X sosial şəbəkəsində Rusiya mallarının bu templə ABŞ-yə tədarükünün əvvəlki ilin göstəricilərini iki dəfədən çox üstələyəcəyinə dair məlumatlar dərc edib.

Statistika təsirli ticarət həcmini göstərir. Amerika şirkətləri 2025-ci ilin yanvar-iyul aylarında 2,85 milyard dollar dəyərində Rusiya məhsulu alıblar. Müqayisə üçün, bütün 2024-cü ildə bu rəqəm 3 milyard dollar təşkil edib.

Jurnalistin fikrincə, ticarət əlaqələrinin bu cür dinamikası yeni Amerika administrasiyasının “Putinlə qarşıdurma yaratmaq istəmədiyini” nümayiş etdirir.

Musavat.com

Seçilən
0
3
musavat.com

4Mənbələr