EN

İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazanıblar

Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında güləş yarışlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda bu gün daha 6 çəkidə mübarizə baş tutub.

Bu gün də 4 güləşçimiz fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) isə gümüş medala sahib çıxıb. 

Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurub.

Xatırladaq ki, dünən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətovla (74 kq) Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. 

Yekunda yunan-Roma güləşi üzrə komandamız 1-ci, sərbəst güləş üzrə millimiz isə 2-ci yeri tutub. 

Millimizin üzvü: "Hədəfim dünya çempionu olmaqdır"

Güləşçilərimiz Vətənə qayıdıb

Toğrul Əsgərov: "Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür"

Millimiz dünya üçüncüsü olub

Dünya çempionatında növbəti medal

Chosen
16
13
apasport.az

10Sources