AZ

Güləşçilərimiz Universiadada 8 medal qazanıb

Bakı. Trend:

Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən TürkdilliDövlətlərin Universiadasında güləş yarışlarına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, “Ruh Ordo”mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda bu gün daha 6çəkidə mübarizə baş tutub. Bu gün də 4 güləşçimiz fəxri kürsüyəqalxıb. Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdəisə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medalqazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) isə gümüşmedala sahib çıxıb.

Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2bürünc) medalla başa vurub. Xatırladaq ki, dünən Vədat Qasımlı (60kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətovla (74 kq)Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb.

Yekunda yunan-Roma güləşi üzrə komandamız 1-ci, sərbəst güləşüzrə millimiz isə 2-ci yeri tutub.

Güləşçilərimiz
Məqalədə:
Seçilən
12
13
az.trend.az

10Mənbələr