EN

Türkiyədə sosial şəbəkələr bloklanıb -CHP-nin mitinq çağırışından sonra...


Türkiyədə ölkə boyu genişmiqyaslı internet məhdudiyyətləri tətbiq olunub. Bu gecə yarısından etibarən İstanbulda Telegram, X (keçmiş Twitter), Youtube, Instagram, Facebook və WhatsApp fəaliyyətini dayandırıb.

Məlumatlara görə, bu addım CHP müxalifət partiyasının tərəfdarlarını mitinqə çağırmasından sonra atılıb. Qeyd olunur ki, polis İstanbulda partiyanın qərargahı ətrafında barrikadalar qurub və bu, müxalifətin kəskin etirazına səbəb olub. Türkiyə hakimiyyəti hələlik sosial şəbəkələrin bloklanması ilə bağlı rəsmi açıqlama verməyib.

Mətləb

Chosen
54
1
baki-xeber.com

2Sources