İzmirin Balçova ilçəsində Polis bölməsinə silahlı basqın edilib.
"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum zamanı 2 polis əməkdaşı ölüb, 1-i isə ağır yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və xüsusi əməliyyat qrupları göndərilib. Hadisəni törədən şəxsin 16 yaşında olduğu iddia edilir. Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslə bağlı axtarış aparır.
"Cebheinfo.az"