AZ

İzmirdə Polis bölməsinə silahlı basqın: 2 ölü, 1 yaralı

İzmirin Balçova ilçəsində Polis bölməsinə silahlı basqın edilib.

​​​​​​"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum zamanı 2 polis əməkdaşı ölüb, 1-i isə ağır yaralanıb. 

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və xüsusi əməliyyat qrupları göndərilib. Hadisəni törədən şəxsin 16 yaşında olduğu iddia edilir. Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslə bağlı axtarış aparır. 

​​​​​​"Cebheinfo.az" 

Seçilən
3
2
cebheinfo.az

3Mənbələr