EN

Azərbaycanın şəkər ixracından gəlirləri 1,5 dəfə artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 43 min ton şəkərixrac edilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda şəkərinixracına 30,6 milyon ABŞ dolları vəsait xərclənib.

Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 17,2 min ton və ya 1,7 dəfə, dəyər ifadəsi ilə isə 10,9 milyonABŞ dolları, yaxud da 1,5 dəfə artıb.

Hesabat dövründə şəkər ixracı ölkənin ümumi ixracında 0,20%,qeyri-neft sektoru üzrə ixracında isə 1,46% paya sahib olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda204,2 min ton şəkər istehsal edilib. Bu isə ötən ilin eynidövründəki göstərici ilə müqayisədə 42 min ton və yaxud 25,9% artımdeməkdir.

Məqalədə:
Chosen
36
1
az.trend.az

2Sources