Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzləri üçün qış mövsümünə aid xidməti geyimlərin satın alınması ilə bağlı müsabiqə elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Layihənin ümumi dəyəri 1 milyon 161 min manatdan artıq məbləğdə qiymətləndirilir.
Müsabiqə sənədlərinə əsasən, alınacaq geyimlər arasında kişi və qadın kostyum dəstləri, uzunqol köynəklər, loqolu qalstuklar və şərflər yer alır.