EN

Ukrayna millisi Bakıda bu oteldə məskunlaşıb

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Azərbaycan millisi ilə qarşılaşacaq Ukrayna yığması Bakıya gəlib.

Publika.az xəbər verir ki, Sergey Rebrovun rəhbərlik etdiyi yığma ötən gün axşam saatlarında məskunlaşdığı Polşadan paytaxtımıza gəlib. Nümayəndə heyətinin rəhbəri Ukrayna Futbol Assosiasiyasının prezidenti, əfsanəvi futbolçu Andrey Şevçenkodur.

Komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər qarşılayıblar. Onlar futbolçularla fotolar çəkdirib və imza alıblar.

Ukrayna yığması "Hyatt Regency Baku" otelində məskunlaşıb. Bu gün saat 18:00-da komandanın görüşün keçiriləcəyi Tofiq Bəhramov adın Respublika Stadionunda oyunu öncəsi son məşqi baş tutacaq. Bundan 30 dəqiqə öncə isə Rebrovun mətbuat konfransı təşkil ediləcək.

İlk oyunda Fransaya iki cavabsız qolla məğlub olan Ukrayna yığması ilə Bakıya gələn futbolçuların siyahısı da məlumdur. Onlar arasında PSJ-nin yeni transfer İlya Zabarnı, "Roma"da çıxış edən Artem Dovbik və "Arsenal"dan icarə əsasında "Nottingem Forest"ə keçən kapitan Aleksandr Zinçenko da var.

Ukrayna millisinin heyəti:

Qapıçılar: Georgi Buşçan ("Polissya"), Anatoli Trubin ("Benfika", Portuqaliya), Dmitri Riznik ("Şaxtyor Donetsk".

Chosen
70
publika.az

1Sources