EN

Ştoqrindən xəbər var

Ramil Şeydayev və Rinosuke Ohori ilə yanaşı, Andrey Ştoqrin də “Neftçi”nin yeni mövsüm üçün iştirak ərizəsinə salınmamışdı. Şeydayev və Ohori rəsmi şəkildə əvəzedici heyətə göndərilmişdi. Ağır vəziyyətdə olan “Kəpəz” Ohoriyə ehtiyac duydu, heyətinə qatdı. Ramildən isə səs-soraq yoxdu. Bəs Ştoqrin? Axı o da iştirak ərizəsində yoxdu.

“Football-plus.az”ın klubdan əldə etdiyi məlumata görə, ukraynalı futbolçu əsas komanda ilə məşq edir, əvəzedici heyətə göndərilməyib.

Qeyd edək ki, 26 yaşlı ukraynalı ötən ilin tayından “Neftçi”nin şərəfini qoruyur.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
24
football-plus.az

1Sources