EN

Xırdalanda binanın zirzəmisi antisanitar VƏZİYYƏTDƏ Heç bir qurum yaxın durmur

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Xırdalan şəhəri 28-ci məhəlləsində yerləşən 1-ci binanın zirzəmisi bərbad vəziyyətdədir.

Bu barədə BAKU.WS-ə sakinlər məlumat veriblər. Şikayətə görə, zirzəmidə həm məişət tullantıları, həm də kanalizasiya suları toplanıb, nəticədə nəmişlik yaranıb. Sakinlər bildirirlər ki, dəfələrlə məsələ ilə bağlı şikayət etsələr də, problem aradan qaldırılmayıb:

"Binanın zirzəmisi çox pis vəziyyətdədir, həm tullantılar, həm də kanalizasiya suyu yığılıb. Bu, antisanitar şərait yaradır, qoxu bütün binaya yayılır. Dəfələrlə müraciət etmişik, amma heç bir qurum yaxın durmur", – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, belə hallar infeksiya və zərərvericilərin yayılmasına səbəb ola bilər.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
baku.ws

2Sources