EN

Azərbaycanın U-21 millisini Bolqarıstanla oyuna çıxaracaq məşqçi məlum olub

Bakı, 8 sentyabr, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasını Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə oyuna köməkçi məşqçi Elnur Çodarov çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Sentyabrın 9-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, U-21 yığmasının çalışdırıcısı Ayxan Abbasov həmin gün Azərbaycanın əsas millisini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə matça çıxaracaq.

 

Chosen
42
4
azertag.az

7Sources