AZ

Millimizi Bolqarıstanla oyuna çıxaracaq məşqçi məlum olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasını Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə oyuna köməkçi məşqçi Elnur Çodarov çıxaracaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Sentyabrın 9-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, U-21 yığmasının çalışdırıcısı Ayxan Abbasov həmin gün Azərbaycanın əsas millisini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə matça çıxaracaq.

Seçilən
22
4
90deqiqe.az

7Mənbələr