EN

Şübhəli olan 16 yaşlı şəxs artıq saxlanılıb - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İzmir şəhərində polis bölməsinə edilən silahlı hücumdan danışıb.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan 2 polisin həlak olduğu hadisə barədə araşdırma aparıldığını deyib.

Yeni tədris ilinin başlaması ilə əlaqədar tədbirə qatılan ölkə başçısı cinayəti törədən yeniyetmənin tutulduğunu qeyd edib: “Hadisədə həyatını itirən polislərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Şübhəli olan 16 yaşlı şəxs artıq saxlanılıb, onun əlaqələri araşdırılır. Bütün hüquq-mühafizə qurumlarımızın başı sağ olsun!”

Chosen
3
3
ikisahil.az

4Sources