EN

Rusiyada daha bir azərbaycanlı saxlanılıb- ŞOK SƏBƏB

Ajans.az xəbər verir ki,bu barədə RİA Novosti, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb. Məlumata görə, saxlanılan şəxs bir neçə əldəqayırma partlayıcı qurğu (PİP) hazırlamağı planlaşdırıb. Onun üzərində partlayıcı qurğular üçün komponentlər, rabitə vasitələri və terror fəaliyyətini sübut edən materiallar aşkar edilərək götürülüb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər xüsusi təyinatlı hərbi hissələrdə xidmət edib və Rusiyada qadağan olunmuş Ukrayna terror təşkilatının üzvüdür. FSB bildirir ki, o, təşkilat rəhbərlərinin tapşırığı ilə bir sıra strateji obyektlərdə kəşfiyyat işi aparıb. Hədəf kimi hüquq-mühafizə orqanlarının binaları və nəqliyyat infrastrukturu seçilib. Faktla bağlı "terror aktına hazırlıq" maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq tədbirləri davam edir.

 

Chosen
69
Ajans.az

1Sources