8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-ninOrta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasınınnümayəndələrini qəbul edib.
Görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanvə ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı iləaparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyətiqeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsiqeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyükperspektivlər açdığı vurğulanıb.
Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin NaxçıvanMuxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcəklayihənin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılmasıvə işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhsolunub, bu səylərin Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı BeynəlxalqDəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkretlayihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb.
Orta Dəhliz üzrə Xəzər dənizinin şərqindəki tərəfdaş dövlətlər,dost və qardaş Mərkəzi Asiya ölkələri ilə həmçinin Azərbaycanınstrateji əlaqələrə malik olduğu məmnunluqla xatırlanıb.
Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerjitəhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırdaölkəmizin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-əçatdığı qeyd olunub.
Ölkəmizin hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafıvə Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslıfəaliyyətlər həyata keçirdiyi qeyd olunub, bu məqsədlə Qara DənizEnerji sualtı kabelinin inşası kimi konkret layihələrin əhəmiyyətidiqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.