EN

SOCAR-ın “yaşıl” istiqrazlarının ikinci faiz ödənişi edilib

Bakı. Trend:

2025-ci il 8 sentyabr tarixində SOCAR-ın “yaşıl” təyinatlıistiqrazları üzrə ikinci faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətindən Trend-ə verilən məlumatda bildirilib ki, 2-ci faizödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıqistiqraz sahiblərinin hesablarına köçürülüb.

2025-ci ilin 15 yanvar tarixində ölkəmizin “yaşıl” enerjisahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə verməkməqsədilə SOCAR tərəfindən emissiya edilmiş “yaşıl” təyinatlıistiqrazlar investorların böyük marağına səbəb olub.

Cari ilin 7 mart tarixindən etibarən təkrar bazarəməliyyatlarına start verilən və daxili kapital bazarlarındanövbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl”istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16 milyonABŞ dolları məbləğində 370-dən çox əqd bağlanıb.

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı FondBirjasında təqribən 81 milyon ABŞ dolları məbləğində ticarətaparılıb. Bağlanan əqdlərin sayı 1475-dir (BFB-dəkorporativ istiqrazlar üzrə baş tutan əqdlərin 53,5%-ini təşkiledib).

Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016)indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 47 milyon875 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.

“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğuSOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır,kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonundasahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlirqazandıracaq.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmiməlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az,socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət”mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiyaşirkətlərindən əldə etmək mümkündür.

Chosen
20
5
az.trend.az

6Sources