EN

Ərdoğan silahlı hücumdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İzmir şəhərində polis bölməsinə edilən silahlı hücumdan danışıb.

Gundem.az “Hürriyət”ə istinadən xəbər verir ki, Ərdoğan 2 polisin həlak olduğu hadisə barədə araşdırma aparıldığını deyib.

Yeni tədris ilinin başlaması ilə əlaqədar tədbirə qatılan ölkə başçısı cinayəti törədən yeniyetmənin tutulduğunu qeyd edib: “Hadisədə həyatını itirən polislərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Şübhəli olan 16 yaşlı şəxs artıq saxlanılıb, onun əlaqələri araşdırılır. Bütün hüquq-mühafizə qurumlarımızın başı sağ olsun!”

Chosen
11
3
gundem.az

4Sources