Ayxan Abbasovun Azərbaycan milli komandasının Ukraynaya qarşı oyununa təyinat alması ilə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının çalışdırıcısı bəlli olub.
Offsideplus.az xəbər verir ki, U-21 komandamızı Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə oyuna köməkçi məşqçi Elnur Çodarov çıxaracaq.
Sentyabrın 9-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq.