EN

Neft qiymətləri Trampın Rusiya ilə bağlı sanksiya açıqlamasından sonra artıb

8 sentyabrda dünya bazarında neftin qiymətində artım müşahidə olunub.

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə biləcəyi ilə bağlı bəyanatından sonra bazarda qiymətlər yüksəlib.

Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti 1,22 dollar artaraq 66,72 dollar/barel səviyyəsinə çatıb. ABŞ-ın WTI markalı nefti isə 1,18 dollar bahalaşaraq 63,05 dollar/barel olub.

Ekspertlər bildirirlər ki, qiymətlərin artımı həmçinin OPEC+ ölkələrinin hasilatın artırılması ilə bağlı ehtiyatlı mövqeyi ilə də əlaqələndirilir.

//Samir Qurbanov,  Editor.az

Chosen
79
editor.az

1Sources