EN

Rusiyalı reper Timati axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı reper Timatini (əsl adı Timur Yunusov) axtarışa verib.

Herbiand.az xəbər veri ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin bu gün axtarışda olanlar siyahısında yerləşdirilib. Musiqiçi iyulun 1-dən axtarışdadır.

Timatini qiyabi olaraq Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə daxil olmaq qaydalarını dəfələrlə pozmaqda ittiham edilir. İstintaqın məlumatına görə, rusiyalı reper 2014-cü ildə Rusiyanın ilhaqını elan etdiyi Krımda ən azı yeddi dəfə konsertlərdə iştirak edib.

Chosen
72
herbiand.az

1Sources