EN

Ukraynada 100-ə yaxın amerikalı muzdlu ölüb - NYT

2022-ci ildən bəri Ukraynada gedən döyüşlərdə 100-ə yaxın amerikalı muzdlu öldürülüb.

Herbiand.az bildirir ki, bu barədə The New York Times xəbər verir.

Nəşrin məlumatına görə, münaqişə başlayandan bəri Ukrayna ərazisinə bir neçə minədək amerikalı gələ bilərdi. Amerikalı döyüşçülərin maaşları praktiki olaraq Ukrayna tariflərindən fərqlənmir: baza maaşı ayda 1000 dollardır və döyüşlərdə iştirak əlavə 3000 dollar gətirə bilər. Bununla belə, cəbhədəki ilk toqquşmadan sonra əcnəbilərin bəziləri daha az təhlükəli vəzifələrə, məsələn, logistika sahəsində keçməyə çalışırlar.

Qəzet həmçinin qeyd edib ki, bu amerikalıların əhəmiyyətli hissəsi əvvəllər ABŞ ordusunda xidmət edib.

Bununla yanaşı, jurnalistlərin fikrincə, Amerika hakimiyyəti öz vətəndaşlarının Ukrayna münaqişəsində iştirakından maksimum dərəcədə uzaqlaşmağa çalışır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
64
herbiand.az

1Sources