- “Andromeda” yelkənli yaxtasının ekipajının Ukrayna ordusunun keçmiş Baş Komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnının əmri ilə yaradıldığı iddia edilir”,- nəşr yazır.
Qəzetin məlumatına görə, almaniyalı müstəntiqlər işin üstünü açdıqlarına əmindirlər. Dərc olunan materialda həmçinin vurğulanır ki, KİV-lər “Şimal axını”na hücumda Ukrayna hakimiyyətinin əli olduğuna dair “çoxsaylı sübutların” olması barədə məlumat yaıblar.
Avqustun 21-də “Şimal axını” qaz kəmərinin partladılmasında iştirakda şübhəli bilinən Ukrayna vətəndaşı Sergey Kuznetsov Almaniyanın tələbi ilə İtaliyada saxlanılıb. Sonradan onun boru kəmərlərinə partlayıcı qurğular quraşdıran qrupun rəhbəri olduğu aydınlaşıb.
Almaniya Baş Prokurorluğu onun İtaliyadan ekstradisiyası ilə bağlı şərh verməkdən imtina edib.Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful isə deyib ki, aparılan istintaq siyasi nəticələrə gətirib çıxara bilər.
“Almaniyalı müstəntiqlər yəqin ki, qaz kəmərlərinə hücumda iştirak edən bütün diversantları müəyyənləşdiriblər. Hüquq-mühafizə orqanları hücumda istifadə olunan yaxtanın bəzi ekipaj üzvləri ilə Ukrayna xüsusi xidmət orqanları və ya hərbçiləri arasında əlaqələri də müəyyən ediblər”, - avqustun 27-də Almaniyanın “Die Zeit” nəşri, öz növbəsində, vurğulayıb.
![]() |
Lavrov:"Rusiya və ABŞ “Şimal axınları”nı müzakirə edir" |
Xatırladaq ki, “Şimal axını – 2” və “Şimal axını -1” qaz kəmərlərində sızmalar 2022-ci ilin sentyabrında aşkar edilib. İsveç Seysmik Mərkəzin nümayəndəsi Byörn Lund fövqəladə hadisə zamanı boru kəmərinin sızdığı ərazidə iki güclü sualtı partlayışın qeydə alındığını bildirib. Daha sonra qəza yerində partlayıcı maddələrin izləri tapılıb.
2024-cü ilin noyabr ayında Almaniyanın “Stoppt die Sanktionen” hərəkatı “Şimal axını”nı partlatdığına görə Ukraynadan təzminat tələb edib.
Maraqlıdır ki, bu ilin mart ayında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Kremlin Tarmp administrasiyası ilə “Şimal axınları” məsələsini dəmüzakirə etdiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az