EN

Abbasovu o əvəzləyəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisini Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə oyuna çıxaracaq məşqçi müəyyənləşib.

Publika.az xəbər verir ki, komandanı köməkçi məşqçi Elnur Çodarov meydana çıxaracaq. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Fernandu Santuşu istefasından sonra əsas yığma U-21-in baş məşqçisi Ayxan Abbasova tapşırılıb. O, sabah DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə ilə qarşılacaq milliyə rəhbərlik edəcək.

Qeyd edək ki, U-21-lərin görüşü isə sentyabrın 9-da "Liv Bona Dea Arena"da keçiriləcək və saat 18:00-da start götürəcək.

Chosen
30
publika.az

1Sources