EN

Giləzi qəsəbəsində kütləvi zəhərlənmə...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Belə ki, hər ailə özü ilə müxtəlif qidalar gətirib və birgə yeyib-içiblər.

Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
10
globalinfo.az

10Sources