LƏNKƏRAN, 8 sentyabr. TELEQRAF
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində, dəniz kənarı hissədə qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Land Rover Discovery" markalı avtomobil ilə "KİA" markalı minik maşını toqquşub. Qəza nəticəsində sürücülər xəsarət alıb. Yaralılardan biri – 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb və hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.