EN

Tikinti sahəsi üzrə biznes kredit portfeli 7%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının tikinti sahəsinəverilmiş biznes kredit portfeli 1,475 milyard manat təşkiledib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 68,6 milyonmanat və ya 4,4% az, ötən ilin eyni dövrü ilə nisbətdə isə 92,1milyon manat 6,7% artıb.

Belə ki, tikinti sektoru üzrə banklar tərəfindən verilmiş bizneskreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 1,543 milyard manat,ötən ilin avqustun 1-nə isə 1,382 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycandabankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı bizneskreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyardmanatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Chosen
36
2
az.trend.az

8Sources